Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin noyabr ayında MDB ölkələrindən idxal olunan məhsulların qiymətləri 0,7%, digər ölkələrdən idxal olunan məhsulların qiymətləri isə 0,4% bahalaşıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə idxal olunan məhsulların qiymətləri oktyabr ayına nisbətən 0,5% bahalaşıb.
2015-ci ilin noyabr ayında MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 1,3%, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri isə 8% ucuzlaşıb. Ümumilikdə ixrac olunan məhsulların qiymətləri oktyabr ayına nisbətən 7,6% ucuzlaşıb.
YENİLƏNİB'>