Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Paşa Kapital» MMC başçılıq edir.
Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, şirkət müştərilərə ümumi dəyəri 89,8 mln. manatlıq broker xidmətləri göstərib. İkinci yeri müştərilərə ümumilikdə 67,3 mln. manatlıq broker xidmətləri göstərmiş «Chelsea Capital» şirkəti tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 7 mln. manatla «Brokdil-Az» şirkəti qərarlaşıb.
2012-ci il noyabr ayı üzrə DQK bazarında göstərilmiş
xidmətlərin həcminə görə brokerlərin renkinqi
Mövqe (noyabr, 2012) |
Mövqe (oktyabr, 2012) |
Brokerlər |
Əməliyyatların həcmi (AZN) |
1 |
5 |
Pasha Capital |
89 772 690,47 |
2 |
1 |
Chelsea Capital |
67 277 051,81 |
3 |
2 |
Brokdil-Az |
6 996 305,85 |
4 |
- |
BoB Broker |
5 987 940,00 |
5 |
3 |
Texnika Capital Management |
5 494 888,51 |
6 |
4 |
Unicapital |
506 262,54 |
7 |
- |
Standard Capital |
494 546,50 |