Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Chelsea Capital» MMC başçılıq edir.
Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, şirkət müştərilərə ümumi dəyəri 60,814 mln. manatlıq broker xidmətləri göstərib. İkinci yeri müştərilərə ümumilikdə 59,153 mln. manatlıq broker xidmətləri göstərmiş «Paşa Kapital» şirkəti tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 16,981 mln. manatla «BoB-Broker» şirkəti qərarlaşıb.
|
Mövqe (dekabr, 2012) |
Mövqe (noyabr, 2012) |
Brokerlər
|
Əməliyyatların həcmi (AZN) |
|
1 |
2 |
Chelsea Capital |
60 814 325,55 |
|
2 |
1 |
Pasha Capital |
59 152 951,59 |
|
3 |
4 |
BoB Broker |
16 981 123,71 |
|
4 |
3 |
Brokdil-Az |
15 996 476,63 |
|
5 |
6 |
Unicapital |
9 044 085,88 |
|
6 |
5 |
Texnika Capital Management |
5 721 872,31 |