Bank Of Baku

Azərbaycanın sığorta bazarı 13%-ə yaxın artıb

Azərbaycanın sığorta bazarı 13%-ə yaxın artıb
# 14 avqust 2015 08:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-iyul aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 283,15 mln. manat sığorta haqqı toplanıb.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən  məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 12,5% çoxdur.

 

7 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 104,8 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% çoxdur.

 

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyul aylarında 31 manat olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR