Bank Of Baku

Azərbaycanın sığorta bazarı 3% böyüyüb

Azərbaycanın sığorta bazarı 3% böyüyüb
# 23 fevral 2015 07:26 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. 2015-ci ilin yanvar ayında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə təxminən 62,9 mln. manat sığorta haqqı toplanıb.

 

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, bu, ötən ilin yanvar ayı il ilə müqayisədə 2,9% çoxdur.

 

2015-ci ilin yanvar ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 10,3 mln. manat təşkil edib. Bu da 2014-cü ilin yanvar ayına nisbətən 27,8% çoxdur.

 

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 16,4 manat ödəniş həyata keçirilib. Bu göstərici 2014-cü ilin yanvarında 13,2 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR