Bank Of Baku

Azərbaycanın sığorta bazarında konsolidasiya prosesi başlayıb

Azərbaycanın sığorta bazarında konsolidasiya prosesi başlayıb
# 30 iyun 2015 11:20 (UTC +04:00)

Bakı - APA-Economics. "AzSığorta"ya konsolidasiya prosesi maraqlıdır.

 

Bunu "APA-Economics"ə açıqlamasında "AzSığorta" şirkətinin İdarə Heyəti sədrinin I müavini Aleksandr Kananadze deyib.

 

"Bizə bu proses maraqlıdır. Bununla yanaşı, şirkətlərin adını çəkməyəcəyəm, amma həmkarlarımızla bu istiqamətdə əməkdaşlığı müzakirə etmişik. Gəlin bunu strateji əməkdaşlıq adlandıraq. Düşünürəm ki, bu sualı iki hissəyə bölmək lazımdır. Birinci sual,    yəni kifayət qədər böyük zərərlə işləyən şirkətlər barəsində olan hissəni Maliyyə Nazirliyi cavablandırmalıdır. Onların gəlirli şirkət olması şansı artıq yoxdur. Hazırda bu qəbildən olan şirkətlərin sayı dörddür. Üstəgəl birinin ("Era Trans" - red.) lisenziyasını ləğv etdilər. Hazırda Maliyyə Nazirliyi nə qədər inamlı işləsə, istehlakçılar üçün bir o qədər az problem yaranacaq.

 

İkinci sual isə birbaşa olaraq konsolidasiyaya aiddir. Biz bu cür müzakirələrin aparılmasında maraqlıyıq. Çünki bu proses nəticəsində bizim müəyyən məsələlərdə qənaət etmiş olarıq, üstəgəl hansısa şirkəti müflisləşmədən qurtararıq. Mənim inteqrasiya sahəsində kifayət qədər böyük təcrübəm var və bu variant Rusiya bazarında aktiv şəkildə istifadə olunur. Konsolidasiyanın təşəbbüskarı qismində adətən zəif şirkətlər çıxış edir. Bizim şirkət bu istiqamətdə isə dialoqa açıqdır", - deyə A. Kananadze bildirib.

 

Onun sözlərinə görə, hazırda şirkət aktivə şəkildə zəifləyən şirkətlərin işçilərini daha yaxşı şərtlər əsasında öz cəbhəsinə cəlb edir: "Bu, sağlam prosesdir. Şirkətlərin alışı bizim 2015-ci il üzrə strategiyamıza daxil deyildi, lakin təkrar edirəm ki, biz dialoqa açığıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR