Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2012-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında əks olunmuş xaricdən cəlb olunan kapitalın ümumi həcmi 7,6 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,6% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyalar və xarici kreditlər hesabına formalaşıb:
(mln. dollar)
|
Cəlb olunan xarici kapitalın strukturu
|
||
|
|
2011-ci il, 9 ay |
2012-ci il, 9 ay |
|
Birbaşa investisiyalar |
3 108,3 |
3 972,6 |
|
- neft-qaz sektoru |
2 422,3 |
3 128,1 |
|
- digər sektorlar |
686,0 |
844,5 |
|
Kreditlər və digər investisiyalar |
2 683,2 |
3 612,9 |
|
- dövlət təminatlı kreditlər |
744,4 |
805,1 |
|
- dövlət təminatlı olmayan kreditlər |
1 501,1 |
1 363,6 |
|
-- neft-qaz sektoru |
405,2 |
111,8 |
|
-- banklar |
623,9 |
1 102,4 |
|
-- digərləri |
472,0 |
149,4 |
|
- digər investisiyalar |
437,7 |
1 444,2 |
|
Neft bonusu |
20,0 |
2,0 |
|
CƏMİ |
5 811,5 |
7 587,5 |
Mərkəzi Bankın tədiyyə balansına dair şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,0 mlrd. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 78,7% təşkil edir.
Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin həcmi illik müqayisədə 34,6% artıb, onların xarici kapitalın strukturunda xüsusi çəkisi isə 1,4 faiz bəndi artaraq 47,6% təşkil edib. Cədvəldən göründüyü kimi, artım kreditlər deyil, yalnız «Digər investisiyalar» təsnifatına aid olan vəsaitlər hesabına baş verib.
Tədiyyə balansına əsasən, əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə 1 638,5 mln. dollar miqdarında vəsait geri qaytarılıb. Hesabat dövründə qaytarılan kreditlərin 46,3%-i (758,4 mln. dollar) bank sisteminin, 13,6%-i (223,4 mln. dollar) dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlərin, 28,5%-i (466,3 mln. dollar) neft-qaz sektorunun, 11,6%-i (190,4 mln. dollar) isə digər müəssisə və şirkətlərin payına düşüb.