Bank Of Baku

Azərbaycanın xidmətlər balansının mənfi saldosu 18% artıb

Azərbaycanın xidmətlər balansının mənfi saldosu 18% artıb
# 17 dekabr 2012 14:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2012-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında əks etdirilən xarici dövlətlərlə iqtisadi əlaqələrdə qarşılıqlı xidmətlərin ümumi həcmi 8 135,5 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 5 256,5 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2 879,0 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərin dəyəridir.

 

Beləliklə, xidmətlər balansının saldosu mənfi 2 377,4 mln. dollar olub ki, bu da əvvəlki ilə nisbətən 18,3% çoxdur.

 

Qarşılıqlı xidmətlər dövriyyəsinin 15,9%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 1 293,6 mln. dollar olan nəqliyyat xidmətlərinin 59,3%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədar olub. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 526,4 mln. təşkil edib. Beləliklə, nəqliyyat xidmətləri üzrə mənfi saldo 240,9 mln. dollar təşkil edib.

 

Ötən dövr ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 559,5 mln. dollar olub. Öz növbəsində xarici ölkələrdə Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 797,4 mln. dollar təşkil edib. Nəticədə, turizm xidmətləri üzrə 247,9 mln. dollar həcmində mənfi saldo yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR