Bank Of Baku

Azərbaycanla Bolqarıstan arasında iqtisadi məsləhətləşmələr olub

Azərbaycanla Bolqarıstan arasında iqtisadi məsləhətləşmələr olub
# 09 fevral 2015 16:10 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın inkişaf etdiyini və əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb.

 

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev qeyri-neft sektorunun prioritet olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında kənd təsərrüfatı, emal, qida sənayesi, turizm və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Sənaye parklarında tətbiq olunan güzəştlərdən Bolqarıstan sahibkarları da yararlana bilərlər. Azərbaycan şirkətlərinin xarici ölkələrdə həyata keçirilən bir sıra layihələrdə uğurla iştirak etdiyini bildirən İqtisadiyyat və Sənaye naziri investisiya qoyuluşu imkanlarını da qeyd edib.

 

B.Lukarski ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb. Bolqarıstanlı nazir ölkələrimiz arasında iqtisadi əlaqələrinin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin və birgə tədbirlərin əhəmiyyətini qeyd edərək Azərbaycanın iqtisadiyyat və sənaye nazirini, eləcə də iş adamlarını Bolqarıstana dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR