Bank Of Baku

Azərbaycanla Rusiyanın gömrük orqanları arasında üç sənəd imzalanıb - FOTOSESSİYA - VİDEO

Azərbaycanla Rusiyanın gömrük orqanları arasında üç sənəd imzalanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 04 fevral 2015 09:02 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, görüşdə A. Əliyev Azərbaycan Rusiya gömrük sahəsində əməkdaşlığın qədim tarixə malik olduğunu vurğulayıb. Komitə sədri iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

 

A. Belyaninov Rusiyanın regional əməkdaşlığa böyük önəm verdiyini bildirib və qonşu ölkələrlə daha da sıx əməkdaşlıq etmək istədiklərini açıqlayıb.

 

O bildirib ki, bəzi sərhədyanı gömrük məntəqələrində infrastrukturun inkişaf etməməsi hər iki tərəfi narahat etməlidir: "İnfrastrukturun inkişaf etməməsi ikitərəfli ticarət dövriyyəsinə təsir göstərir. Biz Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsini artırmaq niyyətindəyik. Əsas diqqəti isə tez xarab olan malların gömrük keçid məntəqələrindən daha asan keçirilməsinə nail olmaqdır”.

 

Görüşün sonunda 3 sənəd imzalanıb. Bunlar 2015-2016-cı illər üçün Azərbaycan Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti arasında da qarşılıqlı xidmət haqqında, Statistik məlumatlarının informasiya mübadiləsinin texnoloji sxemi barədə və kadrların peşəkar hazırlanması barədə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR