Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda iqtisadiyyatın proqnozlaşdırılması üçün istifadə olunacaq Ümumi Tarazlıq Modeli – AzMod-un istifadəsinə gələn ilin əvvəlindən başlanacaq.
«APA-Economics»in məlumatına görə, bu barədə AzMod layihəsində İqtisadi İnkişaf Nazirliyinin tərəfdaşı olan «EcoMod» (Global Economic Modeling Network) şirkətinin prezidenti Əli Bayar bildirib. Onun sözlərinə görə, indiyədək Azərbaycanda tətbiq edilən iqtisadi modelləşdirmə yalnız iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid olub. «AzMod isə iqtisadiyyatın bütün sahələrini əhatə edir. Belə yanaşma ilk dəfədir ki, tətbiq edilir», - deyə Ə.Bayar qeyd edib.