2017-ci ilin yanvar-dekabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,39 dəfə artaraq 13 mlrd. 618 mln. 506 min 591,06 manat təşkil edib.
“APA-Economics”in məlumatına görə, bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 2016-cı il ilə müqayisədə ötən il qiymətli kağızlar bazarı 7,26 dəfə artaraq 6 mlrd. 66 mln. 555 min 117,67 manat təşkil edib.
Pay və borc alətləri bazarında da ciddi artım qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 6,02 dəfə artaraq 709,610 mln. manata, borc alətləri bazarı 2,87 dəfə artaraq 858 mln. 314 min 883,35 manata yüksəlib.
Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olub. Ötən illə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 34% artaraq 5 mlrd. 932 mln. 475 min 708,79 manat olub.