Bank Of Baku

Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq toplantı başlayıb

Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq toplantı başlayıb
# 19 fevral 2015 07:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq toplantı başlayıb.

 

APA-Economics”in məlumatına görə, AMEA-nın İqtisadiyyat Universitetinin direktoru Nazim İmanov deyib ki, tədbirin keçirilməsində əsas məqsəd İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, ictimai xadimləri, investorları və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təkliflər toplamaq, innovativ fikirləri paylaşmaq, iştirakçıların təmsil olunduqları ölkələr üçün İslam maliyyəsinin tətbiqi sahəsində tövsiyələr hazırlamaqdan ibarətdir.

 

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinasiya ofisinin koordinatoru Mustafa Haşim Polad isə bildirib ki, Türkiyə və digər ölkələrdə əhalinin bir hissəsi öz pullarını evdə saxlayır.

 

“İnsanların pulu yastıq altında saxlamasına səbəb İslam dinində faizin qadağan, haram olmasıdır. Bu faiz dərəcələri ilə bağlı çətinliyi aradan qaldırsaq, yastıq altında qalan pulların iqtisadiyyata daxil olmasına gətirib çıxara və ölkədəki iqtisadi mənbələrin daha effektiv istifadə olunması mümkün ola bilər. Bu baxımdan bu toplantı bu istiqamətdə təkliflərin hazırlanmasında səmərəli ola bilər”, - deyə M. Polad qeyd edib.

 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, İslam maliyyəsi bu gün 1,3 trln. ABŞ dolları həcmində dövriyyəyə malik olub, dünyanın 75 ölkəsində 400-dən çox maliyyə təşkilatı tərəfindən idarə olunur. Azərbaycanda isə artıq 7-dən çox bank, lizinq, mikrokredit təşkilatı tərəfindən İslam maliyyəsi üzrə işlər aparılır. “Bu gün Azərbaycanda islam maliyyəsinin həcmi orta hesabla 300 mln. manat təşkil edir. 2015-ci ilin sonuna kimi bu göstəricinin 500 mln. manata çatacağı gözlənilir. Bu rəqəm Azərbaycanda bu sahədə rəqabətin bariz nümunəsidir. Türkiyədə İslam maliyyəsi əsaslı kapital ümumi maliyyə dövriyyəsinin 5,5%-ni, Malayziyada 16%-ni İranda 98%-ni təşkil edir. İslam maliyyəsi real sektorun inkişafında birbaşa iştirak edir. Bu baxımdan gələcəkdə İslam maliyyəsi əsaslı bazarın göstəricilərinin ayrıca hesablanması məqsədəuyğun olar”, - deyə R. Atakişiyev vurğulayıb.

 

Qeyd edək ki, konfrans bu gün işini yekunlaşdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR