Bank Of Baku

Bakıda "Vergi partnyorluğu Sazişi" mövzusunda görüş keçirilib

Bakıda "Vergi partnyorluğu Sazişi" mövzusunda görüş keçirilib
# 31 oktyabr 2013 16:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan Vergilər Nazirliyi tərəfindən "Vergi partnyorluğu Sazişi" mövzusunda görüş keçirilib.

 

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Vergi partnyorluğu Sazişi” mövzusunda görüş Bakı şəhəri Vergilər Departamentində (BŞVD) 94 vergi ödəyicisinin, özəl vergi məsləhəti xidməti göstərən şəxslərin və sahibkarların ictimai təşkilatlarının nümayəndələri ilə keçirilib.

 

Nazirliyin BŞVD-də qeydiyyatda olan 6 849 əlavə dəyər vergisi, 50 634 sadələşdirilmiş verginin ödəyicisinə, 223 özəl vergi məsləhəti xidməti göstərən şəxsə və 86 sahibkarların ictimai təşkilatına müvafiq sənədlər əlavə olunan bildirişlər göndərilib.

 

BŞVD-nin Vergi ödəyicilərinə xidmət İdarəsinin rəisi Elman Dadaşov “Vergi partnyorluğu sazişi”nin mahiyyəti barədə vergi ödəyicilərinə məlumat verib. İdarəinin əməkdaşları tərəfindən “Vergi partnyorluğu Sazişi”nin forması və “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları”, həmçinin “Vergi partnyorluğu Sazişinin bağlanması üçün Ərizə” forması iştirakçılara interaktiv formada təqdim edilib və onlara müvafiq izahatlar verilib.

 

Tədbirin sonunda vergi ödəyicilərinin sualları cavablandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR