Bank Of Baku

Bakıda Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçirilir

Bakıda Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçirilir
# 12 noyabr 2013 15:34 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA-Economics. Bu gün Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Birgə Komissiyasının iclası keçirilir.

 

APA-Economics”in Belarus XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, iki gün davam edəcək iclasda Belarus nümayəndə heyətinə baş nazirin birinci müavini Vladimir Semaşko, Azərbaycan nümayəndə heyətinə isə baş nazirin birinci müavini Yaqub Eyyubov başçılıq edib.

 

İclasda ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın geniş spektrini, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı, humanitar sahələri əhatə edən məsələlər müzakirə olunub.

 

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,9% artaraq 215,9 mln. dollar təşkil edib. 2012-ci ildə Azərbaycandan Belarusa 13,8 mln. dollar birbaşa investisiya qoyulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR