Bank Of Baku

Bakıda Sığorta Agentlərinin Milli Forumu keçiriləcək

Bakıda Sığorta Agentlərinin Milli Forumu keçiriləcək
# 05 dekabr 2012 13:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 7-də Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti  Xidməti tərəfindən Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə birlikdə Sığorta Agentlərinin I Milli Forumu keçiriləcək. Assosiasiyadan «APA-Economics»ə verilən məlumata görə, Forumun əsas məqsədi sığorta agentlərinin fəaliyyətində son zamanlar müşahidə olunan problemli məsələlərin və onların aradan qaldırılması yollarının, həmçinin sığorta agentlərinin fəaliyyətinin tənzimlənməsi perspektivlərinin müzakirə edilməsidir.

 

«İcbari sığortalar haqqında» qanun qüvvəyə mindikdən sonra sığorta agentlərinin xidmətlərinə tələbat xeyli artıb, sığorta agenti fəaliyyəti icbari sığorta müqavilələrinin bağlanılmasının təmin edilməsində əhəmiyyətli fəaliyyət növü kimi seçilməyə başlayıb. Sığorta qanunvericiliyinin tələblərinə müvafiq olaraq, Maliyyə Nazirliyi tərəfindən sığorta agenti fəaliyyətinə lisenziya verilmiş şəxslərin sayı 400 nəfəri keçib», - deyə ASA-dan bildirilib.

 

Forumda DSNX-nin və İcbari Sığorta Bürosunun vəzifəli şəxsləri, sığortaçıların nümayəndələri və sığorta agentlərinin çıxışları nəzərdə tutulub. Tədbirdə «Sığorta agenti fəaliyyəti: problemlər və perspektivlər» mövzusunda müzakirələr aparılacaq və təkliflər dinləniləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR