Bank Of Baku

Baş direktor: "İran Milli Bankının Bakı filialının potensialından istifadə olunmalıdır"

Baş direktor: "İran Milli Bankının Bakı filialının potensialından istifadə olunmalıdır"
# 27 yanvar 2017 10:13 (UTC +04:00)

Azərbaycan və İran bankları arasında əlaqələr tamamilə qurulub. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın İnkişaf İxracat Bankının baş direktoru Əli Salehabadi deyib.

 

Onun sözlərinə görə, bu, Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) icrasından sonra mümkün olub: "Planın icrasından sonra iki ölkənin bank əlaqələri yaxşı səviyyədədir. Hər iki ölkənin bank sistemi arasında əməkdaşlıq səviyyəsi artmaqdadır".

 

Azərbaycan-İran müştərək bankının yaradılması məsələsinə toxunan baş direktor qeyd edib ki, bu ideyanın reallaşdırılması qarşılıqlı ticarətə müsbət təsir edəcək.
 

Ə. Salehabadi həmçinin İran Milli Bankının Bakı filialının potensialından yararlanmağa çağırıb: "Əgər filialın potensialından yaxşı istifadə olunarsa, hər iki ölkə müvafiq məqsədlərinə çata bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR