Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 17-18-də Almaniyanın paytaxtı Berlin şəhərində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupun 3-cü iclası keçiriləcək.
İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycanı nazirliyin aparat rəhbəri Samir Vəliyevin rəhbərlik etdiyi işçi qrup təmsil edəcək.
İclasda iki ölkə arasında iqtisadi və ticarət əlaqələrin mövcud vəziyyəti, Yüksək səviyyəli İşçi Qrupunun 2-ci iclasından ötən dövrdə görülən işlər, müxtəlif sahələrdə əməkdaşlığa dair məsələlər müzakirə olunacaq.