BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat ilində korporativ qiymətli kağızlar (KQK) bazarı 47% azalaraq 908,110 mln. manata çatıb. Korporativ istiqrazların ilkin bazarında 81 əqd üzrə 60,713 mln. manatlıq yerləşdirmə qeydə alınıb, istiqrazların təkrar bazarında isə 131 əqd üzrə 343,409 mln. manatlıq əqdlər bağlanılıb ki, əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə istiqrazların ilkin bazarı 3,3 dəfə, təkrar bazarı isə 35,3% azalıb.
Səhm bazarına gəldikdə isə, 2012-ci ildə bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 503,987 mln. manat təşkil edib və 2011-ci ilə nisbətən 48,7% azalıb. Səhmlərin ilkin bazarı 49,9% azalıb, təkrar bazarı isə 91% artıb.
Ötən il ərzində dövlət istiqrazları bazarının həcmi 40,3%, o cümlədən istiqrazların ilkin bazarı 40,7%, təkrar bazarı isə 38,2% azalıb. Azərbaycan Mərkəzi Bankının notları üzrə qeydə alınan əqdlərin həcmi hesabat ilində 63,3% artaraq 1,070 mlrd. manata çatıb, o cümlədən notların ilkin bazarı 33,7%, təkrar bazarı isə 16,8 dəfə artıb. Ümumiyyətlə, 2012-ci ildə dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi əvvəlki illə müqayisədə 20,5% artıb.
|
Bazarın seqmentləri |
2012-ci il |
2011-ci il |
Nisbət, % |
||
|
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
|
Dİ (AMN) (yerləşdirmə) |
141 740 610,04 |
72 |
239 076 694,36 |
133 |
-40,7% |
|
Dİ (AMN) (təkrar bazar) |
25 713 253,59 |
23 |
41 570 251,84 |
41 |
-38,2% |
|
Notlar (AMB) (yerləşdirmə) |
859 032 852,54 |
227 |
642 520 868,19 |
279 |
33,7% |
|
Notlar (AMB) (təkrar bazar) |
210 732 784,43 |
37 |
12 552 213,77 |
6 |
16,8 dəfə |
|
Repo əməliyyatları |
6 856 471 656,45 |
948 |
5 781 971 756,98 |
1 309 |
18,6% |
|
DQK bazarı cəmi |
8 093 691 157,05 |
1 307 |
6 717 691 785,14 |
1 768 |
20,5% |
|
Korporativ istiqrazlar (yerləşdirmə) |
60 713 670,00 |
81 |
198 871 740,45 |
94 |
-3,3 dəfə |
|
Korporativ istiqrazlar (təkrar bazar) |
343 409 666,86 |
131 |
530 327 302,36 |
119 |
-35,3% |
|
Səhmlər (yerləşdirmə) |
488 028 562,76 |
548 |
974 388 229,10 |
137 |
-49,9% |
|
Səhmlər (təkrar bazar) |
15 958 952,50 |
3 413 |
8 353 613,96 |
3 424 |
91% |
|
KQK bazarı cəmi |
908 110 852,12 |
4 173 |
1 711 940 885,87 |
3 774 |
-47% |
Cəmi |
9 001 802 009,17 |
5 480 |
8 429 632 671,01 |
5 542 |
6,8% |
Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.