Bank Of Baku

Bu gün "Petkim"in xaricdə ilk avrobond emissiyasının yerləşdirilməsinə başlanıb

Bu gün "Petkim"in xaricdə ilk avrobond emissiyasının yerləşdirilməsinə başlanıb
# 26 yanvar 2018 12:55 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in ümumi nominal dəyəri 500 mln. ABŞ dolları həcmində ilk avrobond emissiyasını İrlandiya Birjasında yerləşdirməyə başlayıb.

 

APA-Economics”in məlumatına görə, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında məlumat yayıb. İstiqrazların yerləşdirilməsi ilə bağlı yanvarın 22-də "Goldman Sachs International", "JP Morgan Plc", "Citigroup Global Markets Limited", "Societe Generale" və "VTB Capital Plc" ilə müqavilə imzalanıb.

 

Tədavül müddəti 5 il olan bu istiqrazların illik gəlirliliyi 5,875% nəzərdə tutulub. İstiqrazlar nominal dəyərinin 99,467%-i qədər qiymətlə satışa çıxarılıb.

 

Faiz ödənişləri 26 iyul 2018-ci ildən etibarən 6 ayda bir dəfə olmaqla müddət başa çatanadək hər il 26 iyul və 26 yanvarda həyata keçiriləcək.

 

Qeyd edək ki, istiqrazlar 2023-ci ilin yanvarın 26-dək tədavüldə olacaq.  

 

Qeyd edək ki, Türkiyənin Sərmayə Bazarı Qurumu əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in avrobond emissiyası üçün müraciətinə müsbət cavab verib.

 

Xatırladaq ki, “Petkim Holding” Əliağada (İzmir) inşa olunan STAR neft emalı zavodunda pay almaq üçün oktyabrın 27-də İdarə Heyətinin qərarına əsasən 500 mln. dollara qədər istiqraz emissiyası planlaşdırdığı barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR