Bank Of Baku

Bu gündən «Viza Kredit» qeyri-bank kredit təşkilatının istiqrazlarının yerləşdirilməsinə başlanır

Bu gündən «Viza Kredit» qeyri-bank kredit təşkilatının istiqrazlarının yerləşdirilməsinə başlanır
# 09 iyul 2013 12:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gündən Azərbaycanın «Viza Kredit» bank olmayan kredit təşkilatının faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiyasının yerləşdirilməsinə başlanılır.

 

«APA-Economics»in xəbərinə görə, yerləşdirmə Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə keçiriləcək.

 

İstiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 500 ədəd, emissiyanın ümumi həcmi isə 500 min manat təşkil edir. İstiqrazların tədavül müddəti 5 il, gəlirlik illik 12% təşkil edir. Faizlərin 3 aydan bir ödənilməsi nəzərdə tutulur. Yerləşdirmədə anderrayter vəzifəsində “Texnika Kapital Menecment” MMC çıxış edir.

 

Qeyd edək ki, «Viza Kredit» MMC 2011-ci ilin avqust ayından fəaliyyət göstərir. Təşkilatın əsas missiyası Azərbaycan ərazisində yaşayan, əsasən kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan və eləcədə paytaxt və regionlarda insanların istehlak ehtiyaclarının ödənilməsi məqsədilə müxtəlif növ kreditlərin verilməsindən ibarətdir. «Viza Kredit»in əsas məqsədi banklarla işləmək təcrübəsi olmayan və ya az təcrübəli, lakin bacarıqlı, banklar vasitəsi ilə yararlana bilməyən insanlara banka getmədən birbaşa öz yaşadıqları ərazilərdə qrup şəklində mikro-kreditlər verməklə onların maliyyə imkanlarının daha da artırılmasına nail olmaq və həmin ərazilərdə yaşayan insanların arasından kiçik və orta sahibkarların yaranmasına şərait yaratmaq, onları orta və iri məbləğdə fərdi kreditlərlə təmin etməkdən ibarətdir. Cari ilin əvvəlinə «Viza Kredit»in aktivlərinin həcmi 651,9 min manat, nizamnamə kapitalı isə 300 min manat təşkil edib. Hesabat dövründə «Viza Kredit» müştərilərə 606,3 min manat məbləğində kredit təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR