Bakı. Əli Əhmədov – APA-Economics. Bu il ərzində Azərbaycanın maliyyə sektorunun regional əhatəsi daha da genişlənib. Təkcə bu ilin yanvar-noyabr aylarında ölkə üzrə 26 yeni bank filialı və 14 yeni bank şöbəsi açılıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Bəyanata əsasən, hazırda ölkədə 654 bank filialı və 162 bank şöbəsi fəaliyyət göstərir ki, bunun da yarısı regionların payına düşür.
Bundan başqa, ölkədə 114 filiala malik 132 qeyri-bank kredit təşkilatları fəaliyyət göstərir.