Bank Of Baku

Bu il Azərbaycanda əsas kapitala 12,5 mlrd. manat yönəldilib

Bu il Azərbaycanda əsas kapitala 12,5 mlrd. manat yönəldilib
# 16 noyabr 2017 12:02 (UTC +04:00)

2017-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 mlrd. 536,5 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% az vəsait yönəldilib.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, istifadə olunmuş vəsaitin 9 mlrd. 680,7 mln. manatı və ya 77,2%-i məhsul istehsalı obyektlərinin, 2 mlrd. 109,1 mln. manatı (16,8%-i) xidmət sahələri üzrə obyektlərin, 746,7 mln. manatı (6%-i) isə ümumi sahəsi 1 mln. 399,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

 

Ümumi sərmayənin 33,3%-i dövlət, 66,7%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 73%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

 

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 42%-ini təşkil edib.

 

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 8 mlrd. 335,9 mln. manat, bank kreditləri 1 mlrd. 552,1 mln. manat, büdcə vəsaitləri 1 mlrd. 696,1 mln. manat, büdcədənkənar fondların vəsaitləri 174,2 mln. manat, əhalinin şəxsi vəsaitləri 679,9 mln. manat, sair vəsaitlər 98,3 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR