Bank Of Baku

Bu il Azərbaycandan Gürcüstana 12,6 mln. dollar köçürülüb

Bu il Azərbaycandan Gürcüstana 12,6 mln. dollar köçürülüb
# 16 noyabr 2017 12:48 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan Gürcüstana 12,558 mln. dollar köçürülüb.


APA-nın Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir ki, bu məbləğ ötən ilin eyni göstəricisindən 9,5% çoxdur.


Oktyabr ayında Azərbaycandan Gürcüstana 1,274 mln. dollardan çox pul köçürülüb.


Ötən ay xarici ölkələrdən Gürcüstana pul köçürmələrinin ümumi həcmi 123 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 20% çoxdur.


Gürcüstana pul köçürmələrinin həcminə görə Rusiya birinci yeri saxlayıb. Ötən ay bu ölkədən Gürcüstana 39,3 mln. dollar köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR