Bank Of Baku

Bu ilin 4 ayında Azərbaycanda əsas kapitala 5 mlrd. manata yaxın vəsait yönəldilib

Bu ilin 4 ayında Azərbaycanda əsas kapitala 5 mlrd. manata yaxın vəsait yönəldilib
# 15 may 2015 09:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-aprel aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4868,6 mln. manat vəsait yönəldilib.

 

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitin 77,5%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

 

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,5%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 9,9% artıb.

 

Məhsul istehsalı obyektlərinin inşasına 3333,8 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 1534,8 mln. manat vəsait yönəldilib, ümumi sərmayənin 31,2%-i dövlət, 68,8%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 58%-ni təşkil edib.

 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 3381 mln. manat, bank kreditləri 213,6 mln. manat, büdcə vəsaitləri 997,1 mln. manat, büdcədənkənar fondların vəsaitləri 96,1 mln. manat, əhalinin şəxsi vəsaitləri 130,1 mln. manat, sair vəsaitlər 50,7 mln. manat təşkil edib. 

 

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 50,8%-i sənaye sahələrinin inkişafına, 14,2%-i tikintiyə, 10,1%-i nəqliyyat və anbar təsərrüfatına, 5,2%-i istirahət, əyləncə və incəsənətə, 4,7%-i dövlət idarəetməsinə, 3,5%-i kənd təsərrüfatına, 2,9%-i ticarətə, 2,6%-i informasiya və rabitəyə, 1,4%-i təhsilə, 1,3%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara, 0,9%-i səhiyyəyə, 0,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 0,7%-i inzibati və yardımçı xidmətlərin göstərilməsinə, hər birində 0,4% olmaqla maliyyə və sığorta fəaliyyətinə, digər sahələrdə xidmətlərin göstərilməsinə, 0,1%-i peşə, elmi və texniki fəaliyyətə sərf edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR