Bank Of Baku

Daha bir bank olmayan kredit təşkilatı “ExpressPay”ə qoşulub

Daha bir bank olmayan kredit təşkilatı “ExpressPay”ə qoşulub
# 21 noyabr 2014 08:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “ExpressPay” ödəniş terminallarına “EmbaFinans” bank olmayan kredit təşkilatı üzrə ödəmələr əlavə olunub.

 

“Expressbank”dan “APA-Economics”ə verilən məlumata görə, artıq müştərilər “Embawood” və “Madeyra” mebelləri üzrə kredit ödənişlərini terminallarda asanlıqla həyata keçirə bilərlər.

 

Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “Bakcell” və “NarMobile” mobil operatoru, “AzərEnerji” kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, “Azərsu”, “Ailə TV” və “Ailə Net”, “KATV1” və “SNTV” (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, “Data plus” və “Qlobal Networks İnternet” provayderləri üzrə ödənişləri, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

 

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, internet provayderlər və s. nəzərdə tutulur.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 100-dək “ExpressPay” ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR