Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan gömrükçüləri İrandan ölkəmizə narkotik vasitənin keçirilməsinin qarşını alıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı Nurəddin Əsədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 109,642 qram olan narkotik vasitə - heroin aşkar olunub.