Bank Of Baku

DGK: İran vətəndaşı Mərkəzi Gömrük Hospitalında cərrah-həkim vəzifəsində çalışmayıb

DGK: İran vətəndaşı Mərkəzi Gömrük Hospitalında cərrah-həkim vəzifəsində çalışmayıb
# 22 may 2018 16:07 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi bu gün bəzi kütləvi informasiya vasitələrində qaçaqmalçılıq yolu ilə ölkəyə dərman preparatları gətirməkdə təqsirləndirilən İran vətəndaşlarından biri - Jahani Hiveh Hamid Mohammadın Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalında cərrah-həkim vəzifəsində çalışması barədə yayılan məlumata münasibət bildirib.

 

DGK-nin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, İran vətəndaşı Jahani Hiveh Hamid Mohammad Mərkəzi Gömrük Hospitalında cərrah-həkim kimi fəaliyyət göstərməyib.

 

Komitədən bildirilib ki, o, müqavilə əsasında qısa müddətdə həkim-terapevt-kosmetoloq kimi fəaliyyət göstərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR