Bank Of Baku

DGK: İranla sərhəddə sıxlıq günün sonunadək aradan qaldırılacaq

DGK: İranla sərhəddə sıxlıq günün sonunadək aradan qaldırılacaq
# 14 noyabr 2016 10:24 (UTC +04:00)

Ötən gündən etibarən vətəndaşların müqəddəs ziyarətgahlara səyahət etməsi ilə əlaqədar İranla sərhəddə yerləşən Astara Gömrük İdarəsində noyabrın 13-də nisbi sıxlıq müşahidə olunub. Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

Belə ki, son 1 gündə Astara Gömrük İdarəsi vasitəsi ilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.

 

Hazırda ötən günlə müqayisədə sərhəd-keçid məntəqəsində sıxlıq azalıb və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər nəticəsində günün sonuna qədər sıxlıq tam aradan qaldırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR