Bank Of Baku

DGK sədri: "Azərbaycana idxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir" - FOTO - VİDEO

DGK sədri: "Azərbaycana idxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir" - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 yanvar 2015 09:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Fiziki şəxslər və ya şirkətlər tərəfindən Azərbaycana idxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir ki, ölkə daxilində işləyə bilsinlər".

 

"APA-Economics"in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

 

"Yalnız elektron deyil, həm də poçt vasitəsi ilə ölkəyə daxil olan telefonları qeydiyyata salmaq mümkün deyil. Ötən ilin dekabr ayında Soçi şəhərində keçirilən MDB ölkələrinin gömrük xidməti rəhbərlərinin Koordinasiya Şurasının iclasında Rusiyada Gömrük Xidməti tərəfindən bu məsələ qaldırıldı və müzakirəyə çıxarıldı. Yaxın vaxtlarda bu sahədə olan problemlərin aradan qaldırılması üçün müəyyən qərarlar və tövsiyələr qəbul olunacaq. Bu qərarlardan sonra isə bu sahədə olan qanunsuzluqlarla mübarizə apara biləcəyik", - deyə A. Əliyev bildirib.

 

A. Əliyev mobil telefonların Azərbaycana gətirilməsində baş verən qanunsuzluqlarla bağlı araşdırmaların aparıldığını vurğulayıb: "Bildiyimiz kimi, internet ticarəti dünyada vergilərin toplanması baxımından problemə çevrilib. Artıq bununla bağlı Nazirlər Kabinetinin müəyyən qərarları var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR