Bank Of Baku

Dövlət başçısı Vergilər Nazirliyi kollegiyasının tərkibi ilə bağlı sərəncam imzalayıb

Dövlət başçısı Vergilər Nazirliyi kollegiyasının tərkibi ilə bağlı sərəncam imzalayıb
# 01 fevral 2017 15:34 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 29 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilib:

 

Kollegiyanın sədri

 

Azərbaycan Respublikasının vergilər naziri

 

Kollegiyanın üzvləri:

 

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

 

Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

 

Naxçıvan Muxtar Respublikasının vergilər naziri

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR