Bank Of Baku

Dövlət müşaviri: «Azərbaycanda biznes kreditləri çox bahadır»

Dövlət müşaviri: «Azərbaycanda biznes kreditləri çox bahadır»
# 17 aprel 2013 10:59 (UTC +04:00)

Bunu «APA-Economics»ə açıqlamasında iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov bildirib.

 

Son vaxtlar ölkədə istehlak kreditlərinin həcminin sürətlə artmasına münasibətini açıqlayan müşavir bildirib ki, iqtisadiyyatın inkişafı üçün əsas rolu istehlak deyil, investisiya kreditləri oynayır: «Təəssüf ki, Azərbaycanda investisiya kreditləri çox bahadır».

 

Müşavir qeyd edib ki, məhz investisiya (biznes) kreditlərinin faiz dərəcəsinin yüksək olması səbəbindən, hökumət yerli biznesə dəstək üçün Sahibkarlığa Kömək Milli Fondunu yaratmalı olub: «Sahibkarlara yardım fondu elə ona görə yaradılıb ki, banklardan investisiya kreditləri almaq mümkün deyil. Məncə, bu normal deyil – belə olmamalıdır».

 

V.Axundovun sözlərinə görə, banklar normal inkişaf etsə, sahibkarlığa yardım fonduna ehtiyac qalmayacaq: «Çünki başqa dövlətlərdə buna sadəcə olaraq ehtiyac yoxdur. Burada əsas problem banklar arasında rəqabətin aşağı səviyyədə olmasıdır – rəqabət güclənməlidir».

 

Bundan əlavə müşavir bildirib ki, biznes kreditlərinin faiz dərəcələrinin aşağı düşməsi üçün bankların mərkəzləşdirilmiş kredit resurslarına çıxışı sadələşdirilməlidir: «Bankların mərkəzləşdirilmiş kredit resurslarına (Azərbaycan Mərkəzi Bankının vəsaitlərindən) çıxışı, bu resurslardan istifadə etmək imkanları asanlaşdırılmalıdır. İndi bu o qədər də asan deyil».

 

V.Axundovun sözlərinə görə, hazırda böhran olan ölkələrdə biznesin stimullaşdırılması üçün biznes sərbəst və ucuz vəsaitlərlə təmin edilir və onun hesabına böhran problemi həll olunur: «Bizdə böhran problemi yoxdur. Amma bizdə investisiya problemi, daha dəqiqi - investisiya kreditlərinin dəyəri problemi var. Ona görə də, hesab edirəm ki, bu istiqamətdə işlər görülməlidir».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR