Bank Of Baku

Dövlət Xidməti: Bir çox hallarda sığortalılar əsassız olaraq daha yüksək sığorta ödənişi tələb edirlər

Dövlət Xidməti: Bir çox hallarda sığortalılar əsassız olaraq daha yüksək sığorta ödənişi tələb edirlər
# 11 dekabr 2013 10:20 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycandakı bəzi sığorta şirkətlərində ödənişlərin aşağı səviyyədə olması məsələsini şərh edən Xidmət rəisi Namiq Xəlilov bildirib.

 

N.Xəlilovun sözlərinə görə, ödənişlərin səviyyəsi bir neçə, o cümlədən subyektiv amillərdən asılıdır və bu səbəbdən hər hansı şirkətdə ödənişlərin kiçik olması bu şirkətin ödənişlərin həyata keçirməsindən boyun qaçırması kimi qiymətləndirilə bilməz. Ödənişlərin həcmi həmçinin sığorta yığımları portfelinin strukturundan asılıdır, çünki bəzi sığorta növləri üzrə ödənişlərdə təqvim amili də mövcuddur. Məsələn, həyat sığortası, səhhətə ziyanın dəyməsindən sığortalama kimi sığorta növlərində ödənişlər çox hallarda növbəti ilə keçir və bu səbəbdən də bu ödənişlərin həmin ildəki yığımlara nisbətini əsas kimi götürmək düzgün deyil.

 

Ümumilikdə, N.Xəlilov sığorta ödənişlərinin tam həcmdə verilməməsi məsələsini də şərh edərək bəyan edib ki, araşdırılan bir çox hallarda sığortalılar əsassız olaraq daha yüksək ödənişin alınacağını gözləyir və tələb edirlər, nəticədə, narazılıq yaranır. Bu cür məsələlərin həll edilməsi üçün müştərilər məhkəmə instansiyalarına müraciət edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR