Bank Of Baku

DSMF sədri Qusarda vətəndaşları qəbul edəcək

DSMF sədri Qusarda vətəndaşları qəbul edəcək
# 15 yanvar 2016 07:16 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 22 yanvar 2016-cı il tarixdə, saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

 

           Fondun Aparatında                            (012) 434-12-34

 

           Qusar rayon şöbəsində                     (02338) 5-40-94         

 

           Quba rayon şöbəsində                      (02333) 5-26-15

 

           Xaçmaz rayon şöbəsində                  (02332) 5-05-25

 

           Şabran rayon şöbəsində                    (02335) 3-39-48   

 

           Siyəzən rayon şöbəsində                   (02330) 4-09-04

 

Qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR