Bank Of Baku

Dünya Bankı Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verib - FOTO

Dünya Bankı Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verib - <span style="color: red;">FOTO
# 13 fevral 2015 15:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar nazirliyində Dünya Bankının (DB) Bakı ofisinin rəhbəri Larisa Leşşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nazir Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə hazırda yerinə yetirilən layihələrin icra vəziyyəti müzakirə edilib, DB ilə gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

 

Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verən DB-nin nümayəndələri nazirliyin, “Azərpoçt” MMC, Azərbaycan Mərkəzi Bankının və digər maraqlı tərəflər, həmçinin İsveçrənin İqtisadi əlaqələr üzrə Dövlət Katibliyi (SECO) ilə davamlı əməkdaşlıq sahələrinin  mümkün  istiqamətləri barədə məlumat veriblər.

 

Qeyd edilib ki, “Azərpoçt” MMC-nin fəaliyyət və maliyyə dayanıqlığına dəstək məqsədilə DB və SECO ilə təklif olunan yeni tərəfdaşlıq 3 komponentdən ibarətdir. Birinci komponent üzrə  korporativ restrukturizasiya, müasir əməliyyat və maliyyə xidmətlərinin inkişafı,  ikinci komponent üzrə  rebrendinq, texnoloji inkişaf və optimallaşdırılma, üçüncü komponent üzrə isə kiçik və orta biznes strukturları  üçün pilot kredit xəttinin açılması nəzərdə tutulur.

 

Sözügedən təkliflərin baxılması üçün nazirlik tərəfindən Azərbaycan hökumətinə  təqdim edilməsi, təkliflərə münasibət bildirildikdən sonra isə müzakirələrin davam etdirilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR