EBRD daha bir layihənin maliyyələşdirilməsi üçün Azərbaycan hökuməti ilə təmasdadır

EBRD daha bir layihənin maliyyələşdirilməsi üçün Azərbaycan hökuməti ilə təmasdadır
# 29 mart 2016 13:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Azərbaycanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) əsas fəaliyyəti özəl sektorun inkişafına yönəlib".

 

"APA-Economics" xəbər verir ki, bunu bankın Şərqi Avropa və Qafqaz ölkələri üzrə baş direktoru Fransiz Malic (Francis Malige) Ukraynanın “Kyiv Post” nəşrinə müsahibəsində deyib.

 

Baş direktorun sözlərinə görə, qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatında payı kiçikdir. "EBRD Xəzər dənizində neft və qaz layihələrinin maliyyələşdirilməsinə kömək edir, çünki inanırıq ki, bu, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Azərbaycan üçün daha çox əhəmiyyətə malik layihə isə Gürcüstanla sərhəddə yolların bərpası ilə bağlı ola bilər. Bu yol Çindən Avropaya mal daşınan İpək yolu ticarət marşrutunun bir hissəsidir. Biz hal-hazırda bu layihə ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparırıq. Hələ ki heç bir qərar qəbul etməmişik”, - deyə F. Malic bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR