Bank Of Baku

Ekspress Sığorta Agentliyi sığorta haqqını onlayn hesablamaq imkanı yaradan internet səhifəsini açıb

Ekspress Sığorta Agentliyi sığorta haqqını onlayn hesablamaq imkanı yaradan internet səhifəsini açıb
# 22 aprel 2013 09:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Ekspress Sığorta Agentliyi əsas sığorta məhsulları üzrə onlayn rejimdə sığorta haqqını hesablamaq imkanı yaradan internet səhifəsini müştərilərin istifadəsinə verib. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, «Express Services Group» (ESG) şirkətinə məxsus www.esg.az internet səhifəsi müştərilər üçün sığortanın şərtləri ilə tanış olmaq, avtomobillərin tam KASKO sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və xaricə səfər edənlərin səyahət sığortası növləri üzrə sığorta haqqının hesablanması və onlayn rejimdə sığorta müqavilələrin sifariş edilməsi imkanı yaradır.

 

İnternet resurs korporativ müştərilər üçün də sığorta məhsulları haqqında məlumat təqdim edir. Yaxın gələcəkdə korporativ müştərilər tərəfindən sığorta sorğularının onlayn şəkildə doldurulması sisteminin tətbiqi planlaşdırılır. Bu sistem vasitəsilə korporativ müştərilər sığorta şirkətinin ofisinə gəlmədən sığorta agentliyindən elektron şəkildə qiymət təklifləri almaq imkanı əldə edəcəklər.

 

Müştərilərin rahatlığı üçün Ekspress Sığorta Agentliyi sığorta müqavilələrin müştərinin ünvanına ekspress çatdırılması xidmətini təmin edir. Sığorta müqaviləsini əldə etmək üçün müştərilər həm onlayn sifariş, həm də şirkətin məlumat mərkəzinə (012) 488 6454 telefon nömrəsinə zəng vura, və ya şirkətin «Yeni Həyat» («Azure» Biznes Mərkəzi) ünvanında yerləşən baş ofisinə müraciət edə bilərlər. Ekpress Sığorta Agentliyi öz müştərilərinə sığorta haqlarını kreditlə, yəni hissə-hissə ödəmək imkanını yaradır.

 

Yeni internet resursun yaradılmasını şərh edən şirkətin baş səhmdarı Rəşad Abbasov bildirib: «Tez, Rahat, Sərfəli» prinsiplərimizə əsaslanaraq biz bir aydan çoxdur ki, müştərilərimizə ünvana çatdırılma ilə «tez» sığorta xidmətini təklif edirik. Bu gün biz sığortanı müştərilərimiz üçün daha da «rahat» etmək üçün onlayn xidmətlərə başladıq. Hazırda biz sığorta xidmətlərimizin həm qiymət, həm də təminat baxımından rəqiblərdən daha da «sərfəli» olması istiqamətində çalışırıq».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR