Bank Of Baku

Elman Mehdiyev: "Fərdi hesablarda qeydə alınan pensiya kapitalı ikiqat artırılacaq"

Elman Mehdiyev: "Fərdi hesablarda qeydə alınan pensiya kapitalı ikiqat artırılacaq"
# 30 sentyabr 2015 07:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Növbəti mərhələdə pensiya təminatı sistemində nəzərdə tutulan islahatlar yüksək sosial sığorta haqqı ödənişinin stimullaşdırılmasına yönəlib".

 

"APA-Economics"in xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

 

Bu islahat tədbirlərinin təfərrüatları barədə məlumat verən E. Mehdiyev vurğulayıb ki, hazırda ödənilən sosial sığorta haqlarının yalnız 50%-i fərdi hesablarda uçota alınır, islahat nəticəsində bu hədd 100%-ə çatdırılacaq: "Beləliklə, ödənilən məbləğlər tam olaraq fərdi hesablarda uçota alınacaq. Həmçinin, indiyədək fərdi hesablarda uçota alınmış pensiya kapitalları da 2 dəfə artırılacaq. Pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasını təmin etməklə onların sosial müdafiəsini daha da gücləndirəcəkdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR