Bank Of Baku

Əmanətləri "Parabank"da yerləşdirmək daha sərfəli olub

Əmanətləri "Parabank"da yerləşdirmək daha sərfəli olub
# 19 yanvar 2016 06:47 (UTC +04:00)

 

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Parabank” əmanət yerləşdirmək istəyən hər kəsi banka dəvət edir.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, "İmkanlarımız sərhədsizdir" əmanət  məhsulu bilavasitə əmanətçilərin vəsaitlərinin artırılması üçün ən gözəl imkanları yaradır.

 

Bu sərhədsiz imkanlar əmanətçilərə illik 14,5% həcmində əmanət yerləşdirmək imkanı verir. Əmanətin yerləşdirilməsi və illik faiz  şərtləri aşağıdakı kimidir: faizlər aylıq, rüblük, illik və ya müqavilədə nəzərdə tutulmuş müddətin sonunda hesablanaraq verilir. Bu müddətlər müqavilənin şərtlərində nəzərdə tutulur. Hər bir halda faizlərin qabaqcadan ödənilməsi maksimum 1 ilədək dövr üçün aparıla bilər.

 

Əmanətin  70%-i həcminədək kredit əmanətin girovu şərti ilə verilir və odur ki, həmin əmanətlərə hesablanmış faizlər əmanətin  ilkin məbləğindən çıxılır. Əmanətin  maksimum məbləği  500 min manat yuxarı  olduqda  isə  onun  qəbul  edilməsi aktivlərin və passivlərin idarəedilməsi  komitəsində  baxılır. Yalnız bir ildən az  olmamaq şərti ilə yerləşdirilmiş  əmanətlərə  Visa  kartlar  verilir. Müqaviləsinin  şərtləri  pozaraq  əmanətçi, vaxtından əvvəl  əmanətini  tam  və  ya qismən  götürərsə, əmanətlər  2% tarifi ilə yenidən hesablanır və həmin vaxtadək hesablanmış faizlər əmanətindən  tutulur. Plastik kartı olan əmanətçilərə əmanətlərinə hesablanmış faizlər plastik kart vasitəsi ilə ödənilir.

 

“Parabank” sizi düşünən, sizə yaxın olan dost bankdır. Əmanətlərinizi “Parabank”da yerləşdirin, sərhədsiz imkanlara siz də sahib olun!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR