Bank Of Baku

Əmanətlərin Sığortalanması Fondu "Texnikabank"ın əmanətçilərinə müraciət edib

Əmanətlərin Sığortalanması Fondu "Texnikabank"ın əmanətçilərinə müraciət edib
# 31 yanvar 2017 09:47 (UTC +04:00)

"Əmanətlərin sığortalanması haqqında" qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq, 30 iyul 2007-ci il tarixdə 19 nömrəli reyestr nömrəsi ilə Əmanətlərin Sığortalanması Fonduna üzv olan "Texnikabank" ASC 3 fevral 2016-cı il tarixində fonda üzv bankların reyestrindən çıxarılıb, ona verilmiş şəhadətnamə ləğv edilib və 4 fevral 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş verib.
 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, "Əmanətlərin sığortalanması haqqında" qanunun 28.3-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

 

Əmanətlərin Sığortalanması Fondu Ləğv prosesində olan "Texnikabank" ASC-nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 12 fevral 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən 12 fevral 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün fonda müraciət etməkləri xahiş olunur.

 

"Əmanətlərin sığortalanması haqqında" qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR