Bakı. Anaxanım Hidayətova – APA-Economics. Ermənistanın bank sistemində böhran yetişməkdədir.
“APA-Economics”in “Aykakan Jamanak” qəzetinə istinadən xəbərinə görə, əsas problem vaxtilə banklardan götürülən kreditləri qaytarmaq qabiliyyətinin aşağı düşməsidir.
Bu səbəbdən ölkədə təkrar kreditləşdirmə geniş yayılıb. İnsanlar köhnə kreditlərini bağlamaq üçün yeni kredit götürürlər. Ermənistan qanunvericiliyi buna icazə verməsə də, səlahiyyətli orqanlar ölkənin maliyyə sisteminin çökməməsi üçün buna göz yumurlar.
Banklar ümid edir ki, Mərkəzi Bank sistemə investisiya qoymaq üçün iri maliyyə mənbələri tapacaq.