Bank Of Baku

Gələn ay Batumidə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək

Gələn ay Batumidə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək
# 24 noyabr 2014 10:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gələn ay Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, biznes forum dekabrın 5-də Gürcüstanın Batumi şəhərində baş tutacaq.

 

Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumun İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun keçirilməsi nəzərdə tutulur. Forumda hər üç ölkənin rəsmiləri və iş adamlarının iştirakı gözlənilir.

 

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR