Bakı. Şamil Əlibəyli - APA. Dekabrın 16-da Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin APA-ya verdiyi məlumata görə, İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin hüquq məsələləri üzrə müavini Əlirza Cahangiri başçılıq edəcək.
Səfir əlavə edib ki, iclasda ikitərəfli əlaqələrin geniş spektri müzakirə olunacaq. Komissiyanın iclası çərçivəsində İranla Azərbaycan arasında sərhəd məsələləri, o cümlədən Culfada inşa olunmuş yeni sərhəd körpüsünün məsələsi də müzakirə olunacaq.
Müzakirələrin sonunda iki ölkənin müvafiq qurumları arasında anlaşma memorandumunun imzalanması gözlənilir.