Bank Of Baku

Gələn il Mərkəzi Bankın mənfəətindən büdcəyə vəsait köçürülməyəcək

Gələn il Mərkəzi Bankın mənfəətindən büdcəyə vəsait köçürülməyəcək
# 02 noyabr 2017 08:24 (UTC +04:00)

2018-ci il dövlət büdcəsinin gəlirlərinin təsnifatının yarımmaddə səviyyəsində layihəsində xarici valyutalar üzrə məzənnə mənfəəti (2016-cı ildə 129,752 mln. manat) və Azərbaycan Mərkəzi Bankının (AMB) mənfəətindən ayırmalar nəzərdə tutulmayıb.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.
 

Qeyd edək ki, ötən il dövlət büdcəsinin gəlirlərinin təsnifatının yarımmaddə səviyyəsində layihəsində xarici valyutalar üzrə məzənnə mənfəəti 129,752 mln. manat olub.

 

Bundan başqa, 2017-ci ildə AMB-nin mənfəətindən dövlət büdcəsinə 250 mln. manatın ayrılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR