Bank Of Baku

Gömrükçülər ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısını alıb

Gömrükçülər ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısını alıb
# 31 oktyabr 2017 12:45 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı yanacaq çəninin içərisindən 77 qutu "Belomorkanal" markalı papiroslar aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR