Bank Of Baku

Gürcüstanda ÜDM 4% artıb

Gürcüstanda ÜDM 4% artıb
# 30 iyul 2018 09:39 (UTC +04:00)

Bu ilin iyun ayında Gürcüstanda ÜDM-in artım tempi 4% təşkil edib.

 

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, bu ilin ikinci rübündə ÜDM-in orta real artım tempi 6%, birinci yarısında isə 5,7% olub. 

 

Qonşu ölkədə ötən ay nəqliyyat, mehmanxana və restoran, maliyyə və ticarət sahələrində əhəmiyyətli artım qeydə alınıb.

 

Yanvar-iyun aylarında xarici ticarət dövriyyəsinin həcmi 24,3% artaraq 5 mlrd. 985,9 min dollar təşkil edib.

 

İyun ayında Gürcüstanda 3 971 müəssisə qeydiyyatdan keçib ki, bu da illik müqayisədə 11,2% azdır.

 

Dövlət büdcəsinin gəlirləri 810,1 mln. lari, xərcləri isə 816,6 mln. lari təşkil edib.

 

Qeyd edək ki, bu il Gürcüstanda ən yüksək iqtisadi artım 7,5% olmaqla may ayında qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR