Bank Of Baku

Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 131 mln. dollar azalıb

Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 131 mln. dollar azalıb
# 25 yanvar 2017 13:56 (UTC +04:00)

Ötən il ərzində Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 648 mln. 849,7 min dollar təşkil edib. "APA-Economics" Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikaya istinadən xəbər verir ki, il ərzində ticarət dövriyyəsi 131 mln. 92,2 min dollar və ya 16,8% azalıb.
 

Gürcüstanın xarici ticarət dövriyyəsinin 5,4%-i Azərbaycanın payına düşür.

Ötən il ərzində Gürcüstandan Azərbaycana 153 mln. 464,1 min dollar məbləğində məhsul ixrac edilib ki, bu illik ifadədə 87 mln. 487,4 min dollar və ya 36,3% azdır.
 

2016-cı il ərzində Gürcüstan Azərbaycandan 495 mln. 385,6 min dollar dəyərində məhsul idxal edib ki, bu da 2015-ci il ilə müqayisədə 43 mln. 604,8 min dollar və ya 8,1% azdır.
 

Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları ölkələri arasında 6-cı yeri tutur. Xatırladaq ki, Gürcüstan tərəfinin açıqladığı statistikaya əsasən, 2015-ci ildə Azərbaycan qonşu ölkənin əsas ticarət tərəfdaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR