Bank Of Baku

Hesablama Palatası Təhsil Nazirliyi və rayon icra hakimiyyətlərinə ayrılan vəsaitlərin istifadəsini araşdıracaq

Hesablama Palatası Təhsil Nazirliyi və rayon icra hakimiyyətlərinə ayrılan vəsaitlərin istifadəsini araşdıracaq
# 15 yanvar 2013 11:46 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Hesablama Palatası «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində Təhsil Nazirliyinə ayrılan vəsaitlərin necə xərcləndiyini araşdıracaq.

 

«APA-Economics»in Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, Palatanın bu günlərdə keçirilən kollegiya iclaslarında Xəzər və Tovuz rayon İcra Hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və  təşkilatlara dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi üzrə auditlərin nəticələrinə dair Rəy və Hesabatlar müzakirə olunub. Bundan başqa, İsmayıllı və Neftçala rayonlarının yerli İcra Hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə dair auditlərin nəticələri üzrə Rəy və Hesabat müzakirə olunaraq təsdiq olunub. Bu nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatın təqdim edilməsi qərara alınıb.

 

Kollegiya iclasında, həmçinin, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinə «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı»na ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına ayrılan vəsaitlərin və digər mənbələrdən daxil olan vəsaitlərin icrasına dair audit proqramları da təsdiq edilib. Bundan başqa, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən «Yaddaş» sənədli filmlər studiyasına ayrılan vəsaitlərin icrası, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən «Təhsil» bölməsi üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və icrası, «Şirvan Regional Elektrik» MMC tərəfindən dövlət vergilərinin qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi də araşdırılacaq.

 

Palatanın qərarına əsasən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Ərazilərin Bərpası və Yenidən qurulması üzrə Agentliyə Gəncə şəhəri, Şəmkir, Samux, Oğuz, Zaqatala, Göygöl, Goranboy, Ağstafa və Tovuz rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına və su təmizləyici qurğunun tikintisinə ayrılan vəsaitlərin istifadəsi, dövlət büdcəsindən Xarici İşlər Nazirliyinin mərkəzi aparatının saxlanılmasına və digər tədbirlərə ayrılan vəsaitlərin istifadəsi də araşdırılacaq. İclasda Ağcabədi və Goranboy rayonlarının yerli İcra Hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadəsinə, Bərdə və Qusar rayon İcra Hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramları da təsdiq edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR