Bank Of Baku

Hesablama Palatasında Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib

Hesablama Palatasında Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
# 19 yanvar 2016 12:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Malena Mardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

APA-nın xəbərinə görə, V. Gülməmmədov Hesablama Palatası ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsinin zərurəti, hazırda Milli Məclisə təqdim olunmuş Hesablama Palatası haqqında yeni qanun layihəsindən bəhs edib.  Avropa İttifaqının nümayəndə heyətinin üzvü Olaf Heidelbach öz növbəsində Hesablama Palatası ilə birlikdə bu günə kimi keçirilmiş tədbirlər, xüsusilə həyata keçiriləcək “Tvinning” layihəsi ilə bağlı gözləntilər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

 

Görüşdə dövlət maliyyə nəzarəti sistemi haqqında fikir mübadiləsi aparılıb, müvafiq Avropa təcrübəsi bağlı müəyyən izahlar və şərhlər səsləndirilib. Sonda Avropa İttifaqının nümayəndəliyi Hesablama Palatası ilə gələcək əməkdaşlıq imkanlarının yüksək qiymətləndirildiyini və bu istiqamətdə birgə səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR