Bank Of Baku

I Avropa Oyunları ilə əlaqədar Azərbaycanda POS-terminalların quraşdırılması və istifadəsinə nəzarət gücləndirilir

I Avropa Oyunları ilə əlaqədar Azərbaycanda POS-terminalların quraşdırılması və istifadəsinə nəzarət gücləndirilir
# 28 yanvar 2015 12:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Vergilər Nazirliyi tərəfindən Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə POS-terminalların quraşdırılması və onlardan istifadəyə ciddi nəzarət olunur.

 

APA-Economics”in məlumata görə, bunu “Vergilər” qəzetinə müsahibəsində vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov bildirib.

 

Onun sözlərinə görə, ölkənin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması son illər Bakıda və bölgələrdə keçirilən beynəlxalq və regional tədbirlərin miqyasını da genişləndirib: “Azərbaycana  gələn turistlərin sayında da ciddi artım müşahidə olunur. Tarixdə ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunları zamanı respublikamıza çoxlu sayda idman heyətlərinin və azarkeşlərin gələcəyi gözlənilir və bu qonaqlar, təbiidir ki,  Avropa ölkələrində qəbul olunduğu kimi, müxtəlif ticarət, əyləncə, iaşə və sair obyektlərdə nağdsız ödənişlərə üstünlük verəcəklər”.

 

Müşavir deyib ki, ona görə də nazirlik tərəfindən I Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə POS-terminalların quraşdırılması və onlardan istifadəyə ciddi nəzarət olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR